41 yaşında transfer oldu

Futbol dünyasının tanınmış müdafiəçisi Tiaqo Silva karyerasını Portuqaliyanın "Porto" klubunda davam etdirəcək. 41 yaşlı futbolçunun Fluminense ilə müqaviləsinin bitməsindən dörd gün sonra, dekabrın 20-də bu keçid rəsmi şəkildə açıqlanıb.

meqale.com xəbər verir ki, Tiaqo Silvanın "Porto" ilə müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir və razılaşmaya əlavə olaraq bir mövsümlük uzatma seçimi də daxil edilib.

Tiaqo Silva 21 il sonra Portoya qayıdır. 2004/05 mövsümündə o, Juventude klubundan sonra "Porto"nun B komandasında 14 oyunda iştirak etmiş, daha sonra 2005-ci ilin yanvarında Moskva "Dinamo"suna icarəyə verilmişdi.

Onun ilk Avropa dövrü ciddi vərəm xəstəliyi səbəbindən uğursuz olmuşdu. Lakin 2006-cı ildə Fluminenseyə qayıdaraq dünya futbolunun aparıcı müdafiəçilərindən birinə çevrilmişdi.