21 yaşlı qız binadan yıxılıb öldü
Abşeron rayonu Şəfəq qəsəbəsində bədbəxt hadisə baş verib.
meqale.com xəbər verir ki, "Stansiya Sumqayıt" adlanan ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılıb.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
K.Əbilovanın universitet tələbəsi olduğu bildirilir.