18 yaşlı türk İngiltərənin elita klubunda - RƏSMİ
18 yaşlı yarımmüdafiəçi Yunus Emre Konak karyerasını İngiltərədə davam etdirəcək.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, məlumatı türk futbolçunu heyətinə qatan "Brentford"un rəsmi saytı yayıb.
Bu transfer üçün "Sivasspor"a 4,5 milyon avro ödənildiyi, gənc oyunçunun müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atdığı vurğulanıb.
Cari mövsüm "Sivasspor" forması ilə 17 matça çıxan Konak 1 məhsuldar ötürmə ilə yadda qalıb.
19 tura 19 xal toplayan "Brentford" İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə mövqe tutub.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun