Yuxulu sürücü qəzaya səbəb oldu - Xəsarət alan var
Goranboy rayonunun Dəliməmmədli kəndində yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, 10-SK-992 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək qəza törədib.
İlkin məlumata görə, sürücünün yuxulu olması qəzanın başvermə səbəblərindən biri kimi göstərilir.
Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.