Yeniyetmə ağır qəza törətdi, öldü

Bu gün saat 13 radələrində Şamaxının Əngəxəran kəndi ərazisində ağır yol qəzası baş verib.

Yeniyetmə ağır qəza törətdi, öldü
Bu gün saat 13 radələrində Şamaxının Əngəxəran kəndi ərazisində ağır yol qəzası baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sükan arxasında olan 2008-ci il təvəllüdlü Emil Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.