Xankəndidəki partlayış: 7 erməni Fransaya aparıldı

Xankəndi yaxınlığındakı yanacaq məntəqəsində 25 sentyabrda baş verən irimiqyaslı partlayış nəticəsində yaralanan və hazırda çox ağır vəziyyətdə olanlardan 7-si Fransa və Bolqarıstana aparılır.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi açıqlama verib.

"Vəziyyəti son dərəcə ağır qiymətləndirilən xəstələrin durumu hazırda stabilləşib və daşınmağa hazırdırlar", - məlumatda deyilir.

Bu xəstələrin uzunmüddətli və kompleks müalicə tələb etdiyi qeyd edilib.