Türkiyədə Ramazan tədbirində bədbəxt HADİSƏ - Yaralılar var - VİDEO
Qaziosmanpaşada Ramazan tədbirində çadırın çökməsi nəticəsində 5 nəfər yaralanıb.
meqale.com türk mediasına istinadla xəbər verir ki, Mərkəzi Rayon Cümhuriyyət Meydanında qurulan tədbir çadırında çox sayda insan olub.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti yaxşıdır.
Hadisə yerində polis qrupları araşdırma aparıb və səhnənin çökməsi anı telefon kamerası ilə qeydə alınıb.