Rusiya "Taxıl sazişi"ni dayandırdı, Ərdoğan dərhal REAKSİYA VERDİ

"Qara dəniz Taxıl Təşəbbüsü" tarixə uğurlu nümunə kimi düşüb. Biz bu təşəbbüsün davam etməsi üçün əlimizdən gələni etməyə hazırıq".

Rusiya
"Qara dəniz Taxıl Təşəbbüsü" tarixə uğurlu nümunə kimi düşüb. Biz bu təşəbbüsün davam etməsi üçün əlimizdən gələni etməyə hazırıq".

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyə Ərəbistanı və digər Körfəz ölkələrinə rəsmi səfərindən öncə jurnalistlərə açıqlamasında bildirib.

Türkiyə Prezidenti deyib ki, bu təşəbbüs sayəsində dünya bazarına 33 milyon tondan çox taxıl çıxarılıb ki bunun nəticəsində yoxsul ölkələrdə ərzaq böhranın qarşısı alınıb.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, Rusiya taxıl sazişinə xitam verib. O qeyd edib ki, taxıl müqaviləsinin Rusiyanın şərtləri ilə bağlı hissəsi yerinə yetirilən kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.

meqale.com