"Real Madrid" "Messi" üçün 63 milyon avro ÖDƏDİ

"River Pleyt" klubu öz rəsmi saytında Franko Mastantuononun "Real Madrid"ə keçidini açıqlayıb.

"River Pleyt" klubu öz rəsmi saytında Franko Mastantuononun "Real Madrid"ə keçidini açıqlayıb.

meqale.com bildirir ki, bu barədə Argentina klubunun Mətbuat Xidməti yazıb.

Qeyd olunub ki, kral klubu "yeni Messi" adlandırılan 17 yaşlı futbolçunu Argentina klubu ilə müqavilə müddəti bitmədən satın alıb.

İyulun 13-də başa çatacaq klublararası dünya çempionatından sonra futbolçu İspaniya klubuna keçəcək. Transfer qiyməti 63,2 milyon avro təşkil edib. Onunla müqavilə 6 illik müddətə bağlanıb.