Qəzzanın blokadası bu vaxta qədər davam edəcək

HƏMAS silahlılarının hücumu zamanı girov götürülən israillilər evlərinə qayıdana qədər Qəzza zolağı işıqsız və susuz qalacaq.

Qəzzanın blokadası bu vaxta qədər davam edəcək
HƏMAS silahlılarının hücumu zamanı girov götürülən israillilər evlərinə qayıdana qədər Qəzza zolağı işıqsız və susuz qalacaq.

meqale.com musavat.com-a istinadən bildirir ki, bunu İsrailin energetika naziri İsrael Katz bildirib.

Nazir əlavə edib ki, heç kim İsrailə əxlaq dərsi keçə bilməz.

"Qəzzaya humanitar yardım? Heç kim bizə əxlaq dərsi verməməlidir. Qaçırılan israillilər evlərinə qayıdana qədər heç bir elektrik açarı, su nasosu açılmayacaq, yanacaq maşını içəri girməyəcək", - deyə nazir "X"də yazıb. 

Qeyd edək ki, oktyabrın 11-də Qəzza zolağında yeganə elektrik stansiyası fəaliyyətini dayandırıb.