"Qarabağ"ın rəqibi "Çelsi"də ciddi İTKİ
"Çelsi" klubu önəmli oyunçularından birinin xidmətlərindən üç həftə yararlana bilməyəcək.
meqale.com-ın xəbərinə görə, bu barədə "Çelsi" klubunun baş məşqçisi Enzo Mareska mətbuat konfransında məlumat verib.
O bildirib ki, İngiltərə Premyer Liqasının V turunda keçirilən "Mançester Yunayted" - "Çelsi" (2:1) oyununun 21-ci dəqiqəsində zədələnən Kol Palmer üç həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq.
Onun qasıq nahiyəsindən zədələndiyi qeyd olunub.