"Qarabağ" - "Çelsi" oyunu rekorda imza atıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında maraqlı statistika qeydə alınıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçirilən "Qarabağ" - "Çelsi" qarşılaşmasında maraqlı statistika qeydə alınıb.

meqale.com xəbər verir ki, oyunda top cəmi 46 dəqiqə oyunda olub.

Məlum olub ki, 98 dəqiqə davam edən matçın cəmi 46 dəqiqə 11 saniyəsi ərzində top faktiki olaraq oyunda olub. Bu, Avropa futbolu tarixində ən aşağı göstərici olub. Yəni, qarşılaşmanın yarıdan çox hissəsində oyun fasilələrlə (qayda pozuntuları, topun meydanı tərk etməsi, VAR yoxlamaları və s.) dayanıb.