Prezident peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin yeni qaydada müəyyənləşdirilməsini təsdiqlədi
Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin yeni qaydalarla müəyyənləşdiriləcək.
meqale.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyən olunacaq.