Paşinyan Bakıdakı paraddan danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı hərbi paradın keçirilməsi məsələsinə münasibət bildirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndiyini deyib.
Onun sözlərinə görə, erməni ictimaiyyətində bir qrup parada ehtiyac olduğunu düşünsə də, bəziləri bunun əleyhinədir:
"Bəli, Azərbaycanda keçirilən Zəfər paradından sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Biz sülh gündəliyinə fokuslanmışıq, lakin, eyni zamanda yanlış məlumatların yayılmaması üçün ictimaiyyətin informasiya təhlükəsizliyi təmin edilməlidir".