Paltar asmaq istədi - 3-cü mərtəbədən yıxıldı

Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb. 

Paltar asmaq istədi - 3-cü mərtəbədən yıxıldı
Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb. 

meqale.com xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb. 

1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindən yıxılıb. 

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.