Ömürboyu kasıblığa məhkum bürclər
Bürclər haqqında astrologiyada müxtəlif inanclar mövcuddur və bəzi bürclər zənginliyə, uğura meyilli olduğu kimi, bəziləri isə kasıblıq və çətinliklər içində yaşamağa daha çox meylli hesab edilir. Ancaq bu, təkcə ulduzların təsiri ilə bağlı deyil - insanın xarakteri, qərarları və həyat tərzi də maliyyə uğurlarına birbaşa təsir göstərir.
Bəs astrologiyaya görə, hansı bürclər daha çox kasıblıq riski daşıyır?
meqale.com yenisabah.az-a istinadən mütəmadi kasıblıqdan əziyyət çəkən bürcləri təqdim edir:
Balıqlar
Balıqlar duyğusal və xəyalpərəst insanlardır. Onlar real həyat problemlərinə qarşı bəzən kifayət qədər praqmatik yanaşmır və maddi məsələlərə ciddi yanaşmaqda çətinlik çəkirlər. Pul qazanmaqdan çox, onu xərcləməyə və emosional ehtiyaclarını ödəməyə üstünlük verirlər. Bu isə onların daim maddi sıxıntılarla üzləşməsinə səbəb ola bilər.
Oxatan
Azad ruhlu Oxatanlar üçün maddiyyat çox da vacib deyil. Onlar daha çox macəra axtarışında olur və qazandıqlarını dərhal səyahətlərə, əyləncəyə və spontan qərarlara xərcləyirlər. Planlı maliyyə idarəçiliyi etmədiklərinə görə, daim kasıblıq riski ilə qarşılaşırlar.
Dolça
Dolçalar yaradıcı və yenilikçi olsalar da, maddi stabillik onlar üçün prioritet deyil. Çox vaxt qeyri-ənənəvi yollarla pul qazanmağa çalışır və klassik iş rejimindən uzaq dururlar. Bu isə onların maddi uğursuzluqlarla qarşılaşma ehtimalını artırır.
Xərçəng