"O an hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm" - Əzizə Mustafazadə - FOTO

Xalq artisti Əzizə Mustafazadə atası, əfsanəvi caz ifaçısı Vaqif Mustafazadə ilə bağlı paylaşım edib.

Xalq artisti Əzizə Mustafazadə atası, əfsanəvi caz ifaçısı Vaqif Mustafazadə ilə bağlı paylaşım edib.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, o, atasının vəfatının 44-cü ildönümü olduğunu vurğulayıb. Ə.Mustafazadə atası ilə son danışığını belə xatırlayır:

"16 dekabr 1979-cu il... Vaqifsiz 44 il. Zaman sağaltmır...

Atamla sonuncu dəfə 1979-cu ilin dekabrın 15-də danışdığımı xatırlayıram. Söz verdi ki, ad günümdə (19 dekabr - red.) gələcək. Amma inanmadım. Hələ səfərdən əvvəl, güzgü sınanda hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm..."