Nəsimi rayonunda itdi, Lökbatanda tapıldı - "Tofaş" oğurluğu

Bakının Nəsimi rayonunda paytaxt sakininin oğurlanan avtomobili Qaradağ polisi tərəfindən tapılıb.

Nəsimi rayonunda itdi, Lökbatanda tapıldı -
Bakının Nəsimi rayonunda paytaxt sakininin oğurlanan avtomobili Qaradağ polisi tərəfindən tapılıb.

meqale.com report-a istinadən xəbər verir ki, aparılan axtarış tədbirləri nəticəsində avtomobil Qaradağ polisi tərəfindən Lökbatan qəsəbəsində aşkarlanıb.

Qeyd edək ki, Balababa Məcidov, 66 ünvanından Əfəndiyev Bahadur Davud oğluna məxsus 90-NJ-386 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobili bir neçə gün əvvəl oğurlanıb.