“Neftçi” Adrian Mutunu göndərdi
"Neftçi" rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, gənc çalışdırıcı Azərbaycan Kubokunda "Qaradağ Lökbatan"la matçdan öncə ölkəsinə yollanıb.
Klubdan Mutunun anasının vəfatı ilə əlaqədar vətəninə yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda "Qarabağ"a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib. Rumıniyalı çalışdırıcının köməkçiləri isə bu gün "Kəpəz"lə matçdan sonra vətəninə yollanacaq.