Messi diskvalifikasiya oluna bilər
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in Ulduzlar Matçında iştirakdan imtina etdiyi üçün cəzalandırıla bilər.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı argentinalı futbolçu sözügedən qarşılaşmadan öncə komandanın məşqinə qatılmayıb. O, MLS turnirində bir oyunluq diskvalifikasiya oluna bilər.
MLS-in ulduzlarından ibarət komanda 23 iyulda Meksika çempionatının ən yaxşılarından qurulan heyətlə qarşılaşacaq.