"Mənə əlavə problem lazım deyil" - Hakimə hücum edən məşqçi danışdı
Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa çempionatında Yusif Ağakişiyev və yerli boksçu Viktor Maystroviç arasında baş tutan final görüşündə yaşanan qalmaqalla bağlı xəbər vermişdik.
meqale.com xəbər verir ki, 14 yaşlı boksçunun məşqçisi Hamza Avezov hakimin qərəzli yanaşmasını əsas gətirərək, döyüş bitən kimi rinqə daxil olaraq, ona hücum edib.
H.Avezov ilə əlaqə saxlayıb, yaşanan hadisəyə şərh verməsi üçün müraciət etsək də o, danışmaq istəməyib.
"Bu barədə heç nə danışmaq istəmirəm. Mənə əlavə problem lazım deyil", deyə qeyd edib.