Mbappe Zidanı geridə qoydu

Kilian Mbappe, "Real Madrid"də La Liqada vurduğu qolların sayına görə Zinəddin Zidan və İsko Alarkonu qabaqlayıb.

Mbappe Zidanı geridə qoydu
Kilian Mbappe, "Real Madrid"də La Liqada vurduğu qolların sayına görə Zinəddin Zidan və İsko Alarkonu qabaqlayıb.

Miili.Az-ın məlumatına görə, 26 yaşlı hücumçu buna "Levante"yə qarşı VI tur matçında dubl edərək nail olub.

Fransalı futbolçu, çempionatda keçirdiyi 40-cı matçında 38-ci qolunu vurub.

Qeyd edək ki, K. Mbappe 2024-cü ilin yayından etibarən Madrid təmsilçisinin formasını geyinir və onun "Real Madrid" ilə müqaviləsi 2029-cu ilin yayına qədər davam edəcək.