Kürdəmirdəki ağır qəzada ölənlərin kimliyi məlum oldu

Kürdəmirdə baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Kürdəmirdəki ağır qəzada ölənlərin kimliyi məlum oldu
Kürdəmirdə baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

meqale.com report-a istinadən xəbər verir ki, bunlar hadisə zamanı ölənlər "Mercedes"in sürücüsü Əmrahov Fariz Valeh oğlu, "VAZ-2106" markalı avtomobilin sərnişinləri İsmayılov Hamlet Həbil oğlu və Cəbrayılov Zamiq Vaqif oğludur.

Xəsarət alanlar isə "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Sənan Vüqar oğlu və "Mercedes"in sərnişini Əmrahov Ariz Fariz oğludur.

--------

22:45

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqqaşıb.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.