İran deputatları HƏMAS-la görüşə gedir
İran parlamentinin nümayəndə heyəti HƏMAS-çılar və başqa antiisrail qüvvələrlə görüşərək, müzakirələr aparmaq üçün Livan və Suriyaya səfər edəcək.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədri Vahid Cəlalzadə deyib.
"Milli Təhlükəsizlik Komissiyası Qəzza zolağında və işğal olunmuş ərazilərdə baş verənləri qiymətləndirmək üçün "İslami-Cihad" hərəkatı, HƏMAS və müvafiq qurumların nümayəndələri ilə görüşlər təşkil edib, bu əməliyyatın gələcəyi ilə bağlı proqnozları nəzərdən keçirib", - o, qeyd edib.
Cəlalzadə baş verənlərlə bağlı parlamentin dövlətlə davamlı məsləhətləşmələr apardığını və İsrailə qarşı əməliyyatlarda hər cür dəstək verməyə hazır olduğunu deyib.