İlkindən oğlunun səhhəti ilə bağlı açıqlama
Aparıcı İlkin Həsəni oğlu Rainin səhhəti ilə bağlı paylaşım edib.
meqale.com olay-a istinadən xəbər verir ki, o, övladının sağlamlığındakı problemi açıqlayıb:
"Rain müəllimi soruşanlar üçün. Çox şükür sağalmaq üzrədir, bu ay artıq 3-cü dəfədir ki, uşaq xəstəxanaya yatırılır. Diaqnoz bronxiolit. Ümid edirəm BMP həkimləri bu dəfə onu tam sağalda biləcək".