İlin ən yaxşı gənc futbolçusu açıqlandı

"Qızıl top"un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.

İlin ən yaxşı gənc futbolçusu açıqlandı
"Qızıl top"un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.

meqale.com report-a istinadən xəbər verir ki, mükafata İspaniyanın "Real" klubunun ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb.

20 yaşlı oyunçu səsvermədə Eduardo Kamavinqa ("Real", İspaniya), Qavi, Pedri, Alexandro Balde (hamısı "Barselona", İspaniya), Camal Musiala ("Bavariya", Almaniya), Xavi Simons ("Leyptsiq", Almaniya), Antonio Silva ("Benfika", Portuqaliya), Rasmus Hoylund ("Mançester Yunayted", İngiltərə), Elye Vahini ("Lans", Fransa) geridə qoyub.

Qeyd edək ki, 2022-ci ildə bu titul Qaviyə verilib.