“İbrahim mənim qardaşımla kirvədir” - Xaçatryan
Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda V.Xaçatryan dövlət ittihamçısının suallarını cavablandırıb.
Prokuror Xaçatryandan zərərçəkmişlər - Məmməd Kazımov və Zakir Novruzovu haradan tanıdığını soruşub. Təqsirləndirilən şəxs adıçəkilən zərərçəkmişləri yalnız kənd sakini kimi tanıdığını deyib: "Üzdən xatırlayıram. Ramin İbrahimin oğlu idi. İbrahim isə mənim qardaşımla kirvədir".