Hacıqabulda beş nəfərin öldüyü yanğınla bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Hacıqabulda beş nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi başlanıb.

Hacıqabulda beş nəfərin öldüyü yanğınla bağlı cinayət işi başlanıb - YENİLƏNİB
Hacıqabulda beş nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi başlanıb.

Bu barədə meqale.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

------- 06:49 Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

meqale.com report-a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.