Gədəbəydə 11 yaşlı qızı maşın vurub
Gədəbəydə məktəbli qızı maşın vurub.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Böyük Qaramurad kəndində qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2012-ci il təvəllüdlü Nigar Aslanovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.