Evinə qadınlar gətirən idmançının qətli ilə bağlı YENİ DETALLAR
"Sərhədçi" idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda təqsirləndirilən şəxslə bağlı ekspert rəyi elan olunub.
Bir neçə ay əvvəl Ə.Qalabəylinin vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq müvəkkilinin hadisə törədən vaxt anlaqlı vəziyyətdə olub-olmadığını müəyyən ettmək üçün təkrar ekspertiza keçirilməsini istəmişdi. Məhkəmə vəsatəti təmin edib, yeni ekspertiza açıqlanana kimi prosesi təxirə salmışdı.
Ekspert rəyində qeyd olunub ki, təqsirləndirilən şəxs hadisə vaxtı anlaqlı vəziyyətdə olmayıb. Bu əsasla verilmiş rəy hökm qəbul olunarkən nəzərə alınmalıdır.
Onu da deyək ki, ibtidai istintaq dövründə keçirilən ekspertiza zamanı əks rəy verilmişdi. Növbəti iclasda məhkəmə istintaqının yekunlaşacağı gözlənilir.