Cəlilabadda 17 yaşlı yeniyetmənin başını bıçaqla... - DƏHŞƏT

Cəlilabad rayonunda yeniyetmə baş nahiyəsindən bıçaq xəsarətləri alıb.

Cəlilabadda 17 yaşlı yeniyetmənin başını bıçaqla... - DƏHŞƏT
Cəlilabad rayonunda yeniyetmə baş nahiyəsindən bıçaq xəsarətləri alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, kəsilmiş-deşilmiş xəsarətləri alan rayon sakini, 2007-ci il təvəllüdlü Ə. Ə. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinədən sonra məlum olub ki, yeniyetmə bıçaq vasitəsilə başın müxtəlif nahiyələrindən xəsarətlər alıb. Hadisənin 18 yaşlı həmkəndlisi ilə aralarında şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.