Britaniyada yarımstansiyada güclü partlayış - hava limanı bağlandı
Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb.
meqale.com xəbər verir ki, partlayış Heys rayonunda baş verib. Hadisə yerində güclü yanğın baş verib.
Yerli hakimiyyət orqanları güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib.