"Beşiktaş" ulduz futbolçusunu qovdu - FOTO
Cari mövsüm istədiyi performansı göstərə bilməyən və son 3 matçda 2 məğlubiyyətlə azarkeşlərini üzən "Beşiktaş", bu axşam liqanın 10-cu turunda "Qaziantep"lə qarşılaşacaq.
meqale.com Offsideplus.az-a istinadən bildirir ki, oyundan əvvəl "qara-ağlar"ın heyətində bir çox itki var. Müvəqqəti baş məşqçi Burak Yılmaz intizamsız rəftarına görə Ante Rebiçi məşqdən kənarlaşdırıb.
Qeyd edək ki, Xorvatiyalı ulduza dünənki məşqdə də istəksiz davranışlarına görə xəbərdarlıq edilib.