Bakıda insanları təşvişə salan şəxs SAXLANILDI

Bakıda "Metropark" ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.

Bakıda insanları təşvişə salan şəxs SAXLANILDI
Bakıda "Metropark" ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.

meqale.com APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanları tərəfindən ticarət mərkəzində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Mərkəzdə olanlar təxliyə olunub, bina yoxlanıb, hər hansı partlayıcı aşkarlanmayıb.

Polis yanlış məlumat verən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat təsdiq olunub.

Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək.