Azərbaycanda Şadlıq evində baş verən yanğın söndürülüb - yenilənib
21:33 Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində baş verən yanğın söndürülüb.
meqale.com-ın məlumatına görə, hadisənin başvermə səbəbi hələ məlum deyil.
Qeyd edək ki, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və 2 texnikası cəlb olunub.
İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
------------- 20:41 Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində yanğın başlayıb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 2 texnikası cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri görülür.