Azərbaycanda qəzaların çoxu buna görə baş verir - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Azərbaycanda qəzaların çoxu buna görə baş verir - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

meqale.com İdarəyə istinadən xəbərinə görə, müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan​ arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.

DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.

Qurum bununla bağlı videoçarx hazırlayıb.