Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanıldı
Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan əcnəbilər saxlanılıb.
Bu barədə meqale.com-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 90 CM 510 dövlət qeydiyyat nişanlı "Toyota" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub.