Ağsuda yük avtomobili aşıb, ölən var - YENİLƏNİB

Oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində ""Forland" markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Məmmədov Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan meqale.com-a bildirilib ki, Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

------- 08:53 Ağsuda yük avtomobili aşıb, ölən var.

meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

112 qaynar xəttinə Ağsu rayonunun Kalva kəndində yük avtomobilinin aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.