8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü
Ötən gecə Bakının Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən "Zümrüd Residence"də bədbaxt hadisə baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 14 iyun 2025-ci il tarixində 8 yaşlı şəxs (kişi cinsli) bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hospitalizasiya olunub.