19 il sevgili idilər, toy günü ÖLDÜ

19 illik sevgilisi ilə ailə quran qadın toyundan bir neçə saat sonra vəfat edib.

19 il sevgili idilər, toy günü ÖLDÜ
19 illik sevgilisi ilə ailə quran qadın toyundan bir neçə saat sonra vəfat edib.

Xarici mediaya istinadla meqale.com xəbər verir ki, 37 yaşlı Ceyd Tebrar uzun müddət mübarizə apardığı mədə xərçənginə məğlub olub.

Ceyd 2023-cü ilin avqust ayında mədə xərçəngi diaqnozu almışdı. Ağır vəziyyətinə baxmayaraq, o, 19 illik sevgilisi və beş övladının atası Adam Kemp ilə ailə qurmağa qərar verdi.

Xəstəliyin ilk əlamətləri qadının son hamiləliyi zamanı ortaya çıxmışdı: güclü qarın ağrıları və sürətli çəki itkisi müşahidə olunurdu. Başda həkimlər bunu hamiləlik stressi ilə əlaqələndirsələr də, fevral ayında doğuşdan sonra vəziyyət dəyişmədi. Bir müddət sonra Ceydə II mərhələdə mədə xərçəngi diaqnozu qoyulsa da, xəstəlik qısa müddətdə IV mərhələyə keçdi və sentyabr ayında metastazlar uşaqlıq və yumurtalıklara yayıldı.

Ceyd xəstəliyə baxmayaraq ruhdan düşmədi. O, arzular siyahısı tərtib etdi və yeganə diləyi uşaqları üçün ən gözəl Yeni ili keçirmək idi.

Cütlük əslində 2026-cı ilin noyabrın 21-də, münasibətlərinin 20 illiyində evlənməyi planlaşdırmışdı. Lakin Ceydin vəziyyətinə görə toy dostlar və hospis əməkdaşlarının köməyi ilə evdə təşkil olundu. Qeydiyyatçı tapıldı, tort və bəzəklər hazırlandı.

Ceyd artıq gəzə bilmədiyindən, mərasim otağına təkərlikli kresloda gətirildi. Adam onun yanında diz çökərək göz-gözə oldular.

"Biz 'bəli' dedik, o isə mənim göz yaşlarımı silərək pıçıldadı: 'Ağlama, mən səni sevirəm'", - deyə Adam xatırlayır.

Mərasimdə iştirak edənlər duyğulanaraq ağlayıblar. Toydan sonra cütlük keçmiş illəri xatırlayaraq həm gülüb, həm ağlayıblar.

Axşam saat 22:45-də isə Ceyd sakitcə dünyasını dəyişib, son sözləri ərinə "Mən xoşbəxtəm, çünki artıq Missis Kempəm" olub. Adam həyat yoldaşını "inanılmaz dərəcədə güclü" qadın kimi xatırlayır:

"O, son anadək sevən ana və həyat yoldaşı olaraq qaldı."

Dostları ailəyə dəstək olmaq, uşaqların ehtiyaclarını və dəfn xərclərini qarşılamaq üçün ianə kampaniyası başladıb.

Hadisə sevginin, sədaqətin və insan ruhunun gücünü, həmçinin həyatın nə qədər kövrək olduğunu bir daha göstərdi.