Uşaq bağçasına bıçaqlı hücum zamanı 6 nəfər ölüb - Çində dəhşətli olay
Çinin cənubundakı Quandın vilayətində naməlum şəxs bağçaya hücum edib.
meqale.com Trend-ə istinadən bildirir ki, hücum nəticəsində ən azı 6 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Hadisə yerli vaxtla səhər saat 7:40 radələrində Liencian şəhərinin Henşan qəsəbəsində baş verib. Ölənlər arasında uşaqların olması barədə hələ məlumat yoxdur.
Hücumu törətməkdə şübhəli bilinən 25 yaşlı şəxs saxlanılıb. Hələlik hadisənin motivləri bilinməsə də, polisin açıqlamasında hücumun qəsdən törədildiyi vurğulanır.