Stoltenberq Ərdoğanla razılığa gəlindiyini açıqladı

İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.

Stoltenberq Ərdoğanla razılığa gəlindiyini açıqladı
İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğan İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılığa gəldiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır", - o qeyd edib.