Serbiyanın sabiq prezidenti vəfat edib
Serbiyanın keçmiş prezidenti Milan Milutinoviç 81 yaşında vəfat edib.
meqale.com xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bildirib.
"Serbiya Respublikasının sabiq Prezidenti Milan Milutinoviçə son salamlar", - deyə o, instaqram səhifəsində yazıb.
Qeyd edək ki, Milutinoviç 1997-2002-ci illərdə Serbiyanın prezidenti olub.