Saakaşviliyə telefonla danışmaq qadağan edildi

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.

Saakaşviliyə telefonla danışmaq qadağan edildi
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun keçmiş vəkili Şalva Xaçapuridze məlumat yayıb.

O bildirib ki, Saakaşvilinin yanına hazırda yalnız anasını buraxırlar. Onun sözlərinə görə, Saakaşvilinin yanına hətta onun partiyasının üzvlərini, deputatları belə buraxmırlar.