Rusiyada da Quran yandırıldı
Rusiyanın Kabardin-Balkar Respublikasında yerli sakin Quranı yandırıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Çegem-2 kəndinin sakini məscidə gələrək, oradakı dini kitabları, o cümlədən Quranı yandırıb.
Çegem rayonunun administrasiya rəhbəri Yura Borisov baş vermiş hadisəni təsdiqləyib.
Hadisəni törədən şəxs saxlanılıb. Dinidirilmə zamanı həmin şəxs bildirib ki, bu hərəkəti daxilindən gələn səsin əmri ilə edib.