İyun ayında Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb

Bu ilin iyun ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 11 faiz artaraq, 4 milyon 710 min 465 nəfər olub.

İyun ayında Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb
Bu ilin iyun ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 11 faiz artaraq, 4 milyon 710 min 465 nəfər olub.

meqale.com TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 3 milyon 171 min 997 nəfər, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 1 milyon 538 min 468 nəfər təşkil edib.

Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 61 min 303 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 35 min 427 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 12 faiz dəyişərək, 25 min 876 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 32 min 815 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 21 min 819, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 10 min 996 olub.

2023-cü ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 94 milyon 355 min 908 nəfər, yük dövriyyəsi isə 1 milyon 846 min 574 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.