Finlandiya Co Baydenin səfərinə görə Şengen sərhədinə nəzarəti gücləndirir

Finlandiya Sərhəd Mühafizəsi ABŞ Prezidenti Co Baydenin səfəri ilə əlaqədar Şengen sərhədlərində nəzarəti gücləndirir.

Finlandiya Co Baydenin səfərinə görə Şengen sərhədinə nəzarəti gücləndirir
Finlandiya Sərhəd Mühafizəsi ABŞ Prezidenti Co Baydenin səfəri ilə əlaqədar Şengen sərhədlərində nəzarəti gücləndirir.

meqale.com APA-ya istinadən bildirir ki, daxili sərhəddə müvəqqəti nəzarət şənbə günü başlayacaq və iyulun 15-də başa çatacaq.

Daxili sərhədlər Şengen ölkələri arasındakı sərhədlərə aiddir.

Finlandiya Prezidenti Sauli Niinistö Baydeni qəbul edəcək və gələn cümə axşamı Helsinkidə Şimali Amerika-ABŞ sammitinə ev sahibliyi edəcək.