Fidan və Blinken arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Antoni Blinken arasında telefon danışığı olub.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər telefon danışığında NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb.