Ərdoğanla Ukrayna prezidenti arasındakı görüş başlayıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimr Zelenski İstanbulda Vahdettin Köşkündə görüşləri başlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, iki liderin görüşlərindən sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, iclasda iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə olunacaq.