Bu ölkədə də Quran təhqir olundu

Almaniyanın cənub-qərbindəki Maulbronn şəhərində naməlum şəxslər Quranı yandıraraq məscidin qarşısına atıblar.

Bu ölkədə də Quran təhqir olundu
Almaniyanın cənub-qərbindəki Maulbronn şəhərində naməlum şəxslər Quranı yandıraraq məscidin qarşısına atıblar.

meqale.com Axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyadakı Türk-İslam Dini Qurumlar Birliyi məlumat yayıb.

"Hadisə iyulun 8-nə keçən gecə Memar Sinan məscidində baş verib. Hücum edənlər müsəlmanların müqəddəs kitabını yandırıblar və yanan Quranı hərəkətdə olan maşının pəncərəsindən çölə atıblar. Hadisə müşahidə kameraları tərəfindən lentə alınıb. İnsidentlə bağlı polisə şikayət edilib", - məlumatda deyilir.